Kənar auditor haqqında məlumat
Baker Tilly Azerbaijan
Baker Tilly Azerbaijan – beynəlxalq səviyyədə audit və konsaltinq xidmətləri təklif edən, müstəqil firmalar şəbəkəsi olan Baker Tilly International şirkətinin müstəqil üzvüdür. Baker Tilly İnternational yalnız özünün müvəffəqiyyətləri ilə deyil, həmçinin üzv şirkətlərə qarşı qoyulan sərt standartları ilə tanınır. Baker Tilly İnternational şəbəkəsində olan Baker Tilly Azerbaijan üzvlüyü, şirkətin yüksək səviyyəli xidmətlərinə olan beynəlxalq inamın bariz nümunəsidir.
Baker Tilly International
Baker Tilly İnternational milli və beynəlxalq bazarlarda yüksək keyfiyyətə malik müstəqil mühasibat və biznes xidmətləri təklif edən şirkətlər şəbəkəsidir.
Baker Tilly İnternational üzvü olan müstəqil şirkətlərin əsas məqsədi düzgünlük və obyektivliyə riayət etməklə, qlobal resurslar və əlaqələr vasitəsilə mükəmməl mühasibat, vergi və maliyyə xidmətlərini təklif etməkdir.
Üzv şirkətlər üçün Vaxtaşırı Keyfiyyət Yoxlamaları və Ekspert Qiymətləndirmələri keçirilir. İş təcrübəsi mübadiləsi müstəqil üzv şirkətlər tərəfindən həyata keçirilən işlərin yüksək səviyyə və davamlılığı təmin etməyə kömək edir.
Üzv şirkətlər yerli biznesin aparılması, qaydalar, standartlar və s. üzrə bütün lazımi biliklərə malikdirlər. Bu üzv şirkətlərdən çoxu özlərinin ixtisaslaşdığı sahədə lider sayılırlar.
Baker Tilly International – peşəkər xidmətlər təşkil edən müstəqil şirkətlərin birləşdiyi beynəlxalq auditor-konsalting assosiasiyasıdır. 1987-ci ildə təsis edilən və beynəlxalq bazarda özünü müstəqil mühasibat şirkətlərinin əsas birliklərindən biri kimi tanıdan Baker Tilly International mühasibat və audit xidmətləri üzrə dünyanın 8-ci böyük şəbəkəsi hesab olunur. 110 ölkədən 145 şirkəti özündə birləşdirən şəbəkənin mənzil-gərargəhı London şəhərində yerləşir. Beynəlxalq assosiasiyanın müxtəlif ölkələrdə 509 nümayəndəliyi fəaliyyət göstərir və ümumi ştat cədvəlində 25.000-dən artıq yüksək ixtisaslı əməkdaşı çalışır.
Xidmətlər
Baker Tilly Azerbaijan xidmətlərinin diqqət mərkəzində işgüzar fəaliyyət proseslərinin optimallaşdırılması, risklərin idarə olunması, proqnozların təqdim edilməsi, işgüzar fəaliyyətdə şəffaflığın yaradılması və nəticə etibarı ilə – müştərilərinin fəaliyyətinə inam və etibarın artırılmasının təmin edilməsi durur. Audit xidmətlərinə aşağıda qeyd edilmişlər daxil olur: Maliyyə hesabatlarının auditi; Maliyyə hesabatlarının təhlili; Xüsusi məqsəd üçün aparılan audit; Razılaşdırılmış prosedurların tətbiqi; Maliyyə hesabatlarının tərtib olunması.
İdarəetmə üzrə məsləhət xidməti: Biznes proseslərinin planlaşdırılması və optimallaşdırılması; İdarəetmə sistemlərinin yenidən qurulması; Tarazlaşdırılmış meyarlar sisteminin planlaşdırılması və tətbiqi; Büdcənin tərtib olunması və tətbiq edilən elementlər üzərində nəzarətin icrası. İnvestisiyalar üzrə məsləhətçilik:
- Tam və asimmetrik məlumat, iqtisadi əsaslandırma əsasında biznes fəaliyyəti planlarının tərtib olunması;
- Layihələr üzrə məsləhətçilik xidmətləri;
- Nəzarət prosedurlarının təsviri, kənara çıxmaların təhlili;
- Ölkə daxilindəki, habelə xaricdən, qiymətli kağızlar bazarı vasitəsi ilə təmin edilə bilən investisiyaları cəlb etmək üçün müəssisələrin hazırlanması.
Birbaşa məsləhətçilik (real vaxt çərçivəsində – «On-line»):
- Vergilər üzrə məsləhətlər;
- Vergilərin Mühasibat Uçotu üzrə tövsiyәlәrin işlənib hazırlanması;
- Mühasibat uçotu üzrə səhvlərin aradan qaldırılması və vergilərə aidiyyәti olan biznes qərarlarının düzəldilməsi;
- Müştəri və təchizatçılar ilə münasibətlər sistemlərinin optimallaşdırılması;
- Şirkətin ehtiyatlarının idarə olunmasına dair praktiki tövsiyələr.
Hüquq məsləhətləri:
- Müqavilə müddəalarının təhlili;
- Müəssisələrin investisiyalardan qabaqkı hazırlığının hüquqi təminatı;
- İnvestisiya müqavilələrini tənzimləyən sənədlərin hazırlanması;
- Mübahisələr yarandığı halda hüquqi dəstək.
Ayrı-ayrı qiymətləndirmə tapşırıqlarının praktiki icrası:
- Daşınmaz əmlak və torpaq sahələrinin qiymətləndirilməsi;
- Qurğu, avadanlıq və müxtəlif nəqliyyat vasitələrinin qiymətləndirilməsi;
- Hava gəmiləri və gəmilərin qiymətləndirilməsi;
- Motorlu nəqliyyat vasitələrinin qiymətləndirilməsi;
- İstehsalat kompleksləri, səhm, qiymətli kağız və iştirak paylarının qiymətləndirilməsi;
- Qeyri-maddi aktivlərin qiymətləndirilməsi (əqli mülkiyyət hüquqlarının qiymətləndirilməsi də daxil olmaqla).
- Əmlakın qiymətləndirilməsi üzrə məsləhətçilik xidmətlərinin göstərilməsi;
- Qiymətləndirmə hesabatlarının təhlili.
- Mühasibat uçotunun təşkili;
Standart mühasibatlıq xidmətləri:
- Mühasibat uçotunun aparılması;
- Vergi uçotunun aparılması;
- Hesabatların hazırlanması və təqdim olunması;
- Kargüzarlıq işi ilə əlaqədar dəstək (ilkin sənədləşmənin toplanması və tərtib edilməsi);
- Bank ilə əməliyyatlar;
- BMHS – BMUS, ABŞ üzrə ÜQMUP əsasında hesabatların tərtib olunması;
- Rəhbərlik üçün mühasibat uçotu.
|