|
İnkişaf strategiyası
Qısa Xülasə
Bankın səhmdarları düşünürlər ki, güclü təbii ehtiyatları olan Azərbaycanda yaxın 10 ilə ölkə əhalisinin yaşayış səviyyəsi sürətlə yaxşılacaq, əhalinin əsas hissəsi orta təbəqəyə xas olmaqla, stabil gəlirlərə malik olacaq. Təbii ki, əhalisinin çox hissəsi orta təbəqə olan, kənd təsərrüfatı üçün geniş ehtiyatları olan bir ölkədə emal və xidmət sahələri daha sürətlə inkişaf edəcəkdir. İnsan və maliyyə resursları imkan verəcəkdir ki, Azərbaycan şirkətləri öz bizneslərini nəinki ölkə daxilində, habelə yaxın xaricdə də inkişaf etdirmək imkanına malik olsunlar. Bankın səhmdarları məhz inkişaf etməkdə olan orta təbəqə fiziki şəxslərə, həbelə orta və iri müəssisələrə yüksək xidmət göstərən, bu qrup üçün birinci seçim bank olmağı özünün uzunmüddəli əsas strateji hədəfi hesab edir. Bankın səhmdarları hədəf götürdüyü müştəri qrupu üçün birinci seçim bank olmağı güclü və sağlam ortaqlarla birlikdə görür və hesab edir ki, ortaqları ilə birlikdə beynəlxalq maliyyə bazarına çıxmaqla, müştərilərinin ucuz və uzunmüddəli maliyyə resursları ilə təmin etmək, habelə onların aktivlərinin daha səmərəli idarə edilməsinə nail ola bilər. Bankın səhmdarları düşünür ki, güclü ortaqları ilə beynəlxalq maliyyə mərkəzləri ilə əməkdaşlıq edən, bu bazarların subyektinə çevrilən Bank olmaqla, əsas fokus etdiyi müştəri qruplarının maliyyə xidmətlərinə olan tələbatlarını ödəməklə, onlarla uzunmüddətli əməkdaşlıq qura biləcək və yüksək mənfəətli bir bank olacaqdır ki, bu da Bankın səhmlərinin bazar payını artıracaq və onun səhmləri bazarda yüksək qiymətə alınıb-satılacaqdır.
Bank bazarında ixtisaslaşmağa gəldikdə, bank universal bank olmaqla bərabər bazarda mövcud olan bir sıra məhsulların satışına görə əhəmiyyətli bazar payına malik olmağı məqsəd qoyur. Bundan əlavə, bank bazara yeni məhsulların çıxarılmasında novator olmağı və mütamadi olaraq bazara yeni məhsul və xidmət növləri çıxarmağı məqsəd qoyur.
Beləliklə, səhmdarların bankın gələcəyi barədə uzunmüddətli strateji baxışı aşağıdakı kimi formalaşır
DƏYƏRLƏRİMİZ
- Bank mövcud qanunvericiliyi, etik normaları və biznesin aparılması qaydalarını tam qoruyur;
- Bank öz öhdəliklərini tam yerinə yetirir və reputasiyasının qədrini bilir;
- Bank müştərilərinə beynəlxalq standartlara uyğun xidmət göstərməyə çalışır;
- Bank öz müştərilərinə tərəfdaş nöqteyi nəzərindən yaxınlaşır, onların bizneslərinin qurulmasına və inkişafına öz tövhəsini verir;
- Bank sosial cəhətdən təhlükəli olan sahələri maliyyələşdirmir;
- Bank öz əməkdaşlarını yüksək qiymətləndirir və onların inkişafı üçün müvafiq şərait yaradır;
VİZYONUMUZ
AtaBankı, sağlam ortaqları ilə birgə dünyanın tanınmış maliyyə mərkəzləri ilə əməkdaşlıq edən, sabit gəlirləri olan fiziki şəxslərə, orta və iri müəssisələrə xidmət göstərən, regionda və Azərbaycanda yüksək imicli qabaqcıl bank etmək.
MİSSİYAMIZ
Müştərilərinə, zaman və məkandan asılı olmayaraq, yüksək keyfiyyətdə xidmət təklif edən yenilikçi və etibarlı bank olmaq.
|