Bu xidmət müştəri ehtiyaclarını daha yüksək səviyyədə ödəməyə imkan yaradır. Xidmətin unikallığı onun daha çevik və müştərilər üçün daha faydalı olmasındadır. Belə ki, müştəri 136 rəqəmini yığaraq ümumi menyuya daxil olur. Menyuya daxil olduqdan sonra müştəri aşağıdakılar barədə məlumat ala bilər: - depozitlər; - kreditlər; - valyuta kursu; - filiallar, şöbələr və s. haqda.
“Phone Banking” xidməti
“Call Centre” paketinə daxil olan əlavə xidmət “Phone Banking” adlanır. Bu xidmətin köməkliyi ilə müştəri günün 24 saatı həftənin 7 günü ərzində bankdakı hesabı barədə məlumat ala bilər. Sistemə qoşulmaq üçün müştəri xüsusi 8 rəqəmli kod almalıdır. Təhlükəsizlik məqsədilə kod yalnız telefonda rəqəmlər yığıldıqda aktivləşir və servisə daxil olmaq imkanı yaradır. Xidmətə qoşulmaqdan ötrü müştərinin bankın filial və şöbəsində xüsusi formanı doldurması kifayətdir.
“Onlayn-Bankinq” xidməti
Onlayn-Bankinq xidməti müştəriyə dünyanın istənilən yerində hər gün 24 saat ərzində İnternetə çıxışı olan istənilən kompüterdən AtaBank-da olan öz hesablarını izləmək imkanı verir.
Onlayn-Bankinq xidməti hesab üzrə aşağıdakıları izləməyə imkan verir:
Operativlik – Onlayn-Bankinq operativ olaraq bütün zəruri məlumatları almaq imkanı verir;
Mümkünlük – Onlayn-Bankinq xidmətindən dünyanın istənilən yerində hər gün 24 saat ərzində istifadə etmək olar
Sadəlik – bankla əlaqə üçün müştəri İnternetə çıxışı olan istənilən kompüterdən istifadə edə bilər.
Xidmətə qoşulma qaydası
Onlayn-Bankinq xidmətindən istifadə üçün AtaBank-a ərizə ilə müraciət etmək lazımdır. Müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə İnternet-Bank sisteminə qoşulmaq üçün login və parol verilir.