Faizlərin ödənişi və müddətindən asılı olaraq faiz dərəcələri Faizlər müqavilənin şərtlərinə əsasən aylıq ödənilir: AZN / USD - 9.5% (+1%) EUR - 4% (+1%) 365 gün + 1 gün saxlanıldıqda isə + 1% ödəniləcək.
Müddət 12 ay + 1 gün
Əlavə imkanlar və güzəştlər 1) Müştəriyə VİSA Electron plastik kartı pulsuz verilir və hesablanmış faizlər kart hesabına köçürülür. 2) Müştərinin arzusu ilə ona kredit kartı verilə bilər. 5000 - 30 000 USD / EUR və ya manat əmanət sahibinə VİSA Classic, 30 000- 100 000 USD / EUR və ya manat əmanət sahibinə VİSA Gold, 100 000 USD / EUR və ya manatdan yuxarı əmanət sahibinə Visa Platinum kartı verilir. Kredit xəttinin limiti əmanətin maksimum 50%-i həcmində ola bilər. 3) Müştəriyə əmanətin 80%-i məbləğində güzəştli kredit verilə bilər. Güzəştli kreditin faiz dərəcəsi, əmanətin faiz dərəcəsindən minimum 5% yuxarı olmalıdır. 4) Əmanət vaxtından əvvəl götürüldükdə: - 3 aydan tez götürülərsə heç bir faiz ödənilmir və hədiyyə edilmiş kartların xidməti dayandırılır; - 3-6 ay arası illik 1.5% USD/AZN və 0.5% EUR üçün hesablanır və hədiyyə edilmiş kartların xidməti dayandırılır; - 6 aydan yuxarı illik 3% USD/AZN və 1% EUR üçün hesablanır və hədiyyə edilmiş kartların xidməti dayandırılır; 5) Müddət bitdikdə müştəriyə əmanətin 1%-i həcmində mükafat verilir 6) Bu əmanət üzrə hesaba əlavə vəsaitin qoyulmasına icazə verilmir. Müştəri əlavə vəsait qoymaq istədikdə, ona yeni əmanət hesabı açılmalıdır.