Faizlərin ödənişi və müddətindən asılı olaraq faiz dərəcələri Faizlər aylıq və ya müddət bitdikdə ödənilir.
Müddət 1-36 ay
Əlavə imkanlar və güzəştlər 1) Müştərinin arzusu ilə ona kredit kartı verilə bilər. 5000 - 30 000 USD / EUR və ya manat əmanət sahibinə VİSA Classic, kartı verilir. Kredit xəttinin limiti əmanətin maksimum 50%-i həcmində ola bilər. 2) Müştəriyə əmanətin 80%-i məbləğində güzəştli kredit verilə bilər. Güzəştli kreditin faiz dərəcəsi, əmanətin faiz dərəcəsindən minimum 5% yuxarı olmalıdır. 3) Əmanət vaxtından əvvəl götürüldükdə: - 3 aydan tez götürülərsə heç bir faiz ödənilmir və hədiyyə edilmiş kartların xidməti dayandırılır; - 3-6 ay arası illik 1.5% USD/AZN və 0.5% EUR üçün hesablanır və hədiyyə edilmiş kartların xidməti dayandırılır; - 6 aydan yuxarı illik 3% USD/AZN və 1% EUR üçün hesablanır və hədiyyə edilmiş kartların xidməti dayandırılır; 4) Bu əmanət üzrə hesaba əlavə vəsaitin qoyulmasına icazə verilmir. Müştəri əlavə vəsait qoymaq istədikdə, ona yeni əmanət hesabı açılmalıdır.