Faizlərin ödənişi və müddətindən asılı olaraq faiz dərəcələri Faizlər aylıq verilir. AZN/USD – 16.33% (18 aya) EUR – 9% (18 aya)
Müddət 18 ay
Əlavə imkanlar və güzəştlər 1) Müştəriyə VİSA Electron plastik kartı pulsuz verilir və hesablanmış faizlər kart hesabına köçürülür. 2) Müştərinin arzusu ilə ona kredit kartı verilə bilər. 5000 - 30 000 USD / EUR və ya manat əmanət sahibinə VİSA Classic, 30 000- 100 000 USD / EUR və ya manat əmanət sahibinə VİSA Gold, 100 000 USD / EUR və ya manatdan yuxarı əmanət sahibinə Visa Platinum kartı verilir. Kredit xəttinin limiti əmanətin maksimum 50%-i həcmində ola bilər. 3) Müştəriyə əmanətin 80%-i məbləğində güzəştli kredit verilə bilər. Güzəştli kreditin faiz dərəcəsi minimum əmanətin faiz dərəcəsindən 5% yuxarı olmalıdır. 4) Əmanət vaxtından əvvəl götürülə bilər: - 3 aydan tez götürülərsə heç bir faiz ödənilmir və hədiyyə edilmiş kartların xidməti dayandırılır; - 3-6 ay arası illik 1.5% USD/AZN və 0.5% EUR üçün hesablanır və hədiyyə edilmiş kartların xidməti dayandırılır; - 6 aydan yuxarı illik 3% USD/AZN və 1% EUR üçün hesablanır və hədiyyə edilmiş kartların xidməti dayandırılır; 5) Hesaba əlavə vəsaitin qoyulmasına icazə verilmir. Müştəri əlavə vəsait qoymaq istədikdə, ona yeni əmanət hesabı açılmalıdır.