Əsas səhifəyə    AtaCard.az    Kontaktlar     




Maksimal+

Maksimal+

__maksimal+.jpg

Minimal məbləğ
USD / EUR – 1000 və ya 1.000 AZN 

Faizlərin ödənişi və müddətindən asılı olaraq faiz dərəcələri
Faizlər 60 gündən bir verilir. 
AZN/USD – 13.44% (15 aya) EUR – 7% (15 aya) 

Müddət
15 ay

Əlavə imkanlar və güzəştlər 

1) Müştəriyə VİSA Electron plastik kartı pulsuz verilir və hesablanmış faizlər kart hesabına köçürülür.
2) Müştərinin arzusu ilə ona kredit kartı verilə bilər. 5000 - 30 000 USD / EUR və ya manat əmanət sahibinə VİSA Classic, 30 000- 100 000 USD / EUR və ya manat əmanət sahibinə VİSA Gold, 100 000 USD / EUR və ya manatdan yuxarı əmanət sahibinə Visa Platinum kartı verilir. Kredit xəttinin limiti əmanətin maksimum 50%-i həcmində ola bilər.
3) Müştəriyə əmanətin 80%-i məbləğində güzəştli kredit verilə bilər. Güzəştli kreditin faiz dərəcəsi minimum əmanətin faiz dərəcəsindən 5% yuxarı olmalıdır.
4) Əmanət vaxtından əvvəl götürülə bilər:
­ - 3 aydan tez götürülərsə heç bir faiz ödənilmir və hədiyyə edilmiş kartların xidməti dayandırılır;
­ - 3-6 ay arası illik 1.5% USD/AZN və 0.5% EUR üçün hesablanır və hədiyyə edilmiş kartların xidməti dayandırılır;
­ - 6 aydan yuxarı illik 3% USD/AZN və 1% EUR üçün hesablanır və hədiyyə edilmiş kartların xidməti dayandırılır;
5) Hesaba əlavə vəsaitin qoyulmasına icazə verilmir. Müştəri əlavə vəsait qoymaq istədikdə, ona yeni əmanət hesabı açılmalıdır.

 

 




© 1993—2009 «AtaBank» ASC


Yaradıcı :
   Valyuta kursları
  alış satış tarix
  USD 0.8010 0.8050 16/12
  EUR 1.1550 1.1850 16/12
Kontaktlar
Məlumat mərkəzi:

136

Ünvan:

AZ1010, Bakı şəh., Ş.Badalbəyli küç., 102