|
|
Ekvayrinq
Əgər Siz mağaza və ya mağazalar şəbəkəsinin, turizm şirkətinin, bərbərxananın, aptekin və ya digər ticarət-servis sahibisinizsə bu xidmət məhz Sizin üçündür. Kassalarınızda beynəlxalq plastik kartların qəbul olunmasını istəyirsinizsə, onda mağazanızda POS terminalların quraşdırılması Sizə tövsiyə edilir.
Plastik kartlar hazırda gündəlik həyatın ayrılmaz hissəsidir. Plastik kart sahiblərinin sayı getdikcə artır. Onlar həm əmək haqqını kartla alan böyük firmaların əməkdaşları, həm xarici qonaqlar, həm də özü ilə böyük məbləğdə pul daşımağı adət etməyən imkanlı şəxslərdir. Siz bizim EKVAYRİNQ xidmətinin qoşulması üzrə təklifimizi qəbul etsəniz, həmin müştərilərin bir qismi Sizin ola bilər.
Ekvayrinqin üstünlükləri
- Firmanızın, mağazanızın, restoranınızın və s. rəqabət qabiliyyəti yüksəlir, yeni müştərilərin - plastik kart sahiblərinin cəlb olunması sayəsində onun dövriyyəsi artır;
- Ekvayrinq – nüfuzludur, çünki plastik kartlardan çox vaxt imkanlı şəxslər istifadə edirlər;
- Ekvayrinq – sərfəlidir, çünki Sizin nağd vəsaitlə məhdudlaşdırılmamış müştəriləriniz böyük miqdarda pul xərcləyəcək daha tez-tez bazarlıq edəcəklər;
- Ekvayrinq – müştərilərlə mal və xidmətlər üzrə hesablaşmalar zamanı etibarlılığın və təhlükəsizliyin artırılmasının əlavə təminatıdır.
AtaBankda ekvayrinqin üstünlükləri
- Pulsuz reklam materialların verilməsi;
- Təşkilatınızın işçilərinə pulsuz təlimin keçirilməsi;
- Xidmətə görə optimal komissiya;
- Ən qisa müddətə pul vəsaitlərinin təşkilatınızın hesabına mədaxil edilməsi,
- Əməliyyatların tərtibatı zamanı çətinliklər yarandıqda operativ konsultasiyaların verilməsi.
Təşkilatınızda ekvayrinq xidmətinin qoşulması mərhələləri:
- Atabank-la “Ekvayrinq” müqaviləsinin imzalanması;
- Beynəlxalq ödəmə sistemlərində Sizin ticarət-servis mətəqələrinizin qeydiyyatı;
- Sizin ticarət-servis məntəqələriniz üçün lazımlı avadanlığın (POS – terminalların) quraşdırılması;
- Kassirlərin təlimi, reklam materiallarının, həmçinin kassa və qapıların ustünə yapışdırılan ödəmə sistemlərinin loqotipləri olan etiketlərin verilməsi;
|
|