Əsas səhifəyə    AtaCard.az    Kontaktlar     




Korporativ Kartlar

Tez-tez təşkil olunan xidməti ezamiyyətlər, ofisdən kənarda müştərilərlə və partnyorlarla keçirilən təqdimatlar və görüşlər çoxlu xərclər tələb edir? Onda, VİSA Bussines korporativ kartı məhz Sizin üçündür!

Əsas şərtlər:

  • Xidmət Bankda hesabı olan rezident və qeyri rezident hüquqi şəxslərə təqdim olunur;
  • VİSA Bussines korporativ kartları təşkilatın yazılı ərizəsi əsasında vahid korporativ hesaba və təşkilatın səlahiyyətli şəxslərin adına rəsmiləşdirilir. Səlahiyyətli şəxsin soyadından və adından başqa kartda təşkilatın adı da göstərilir.
  • Korporativ hesab manatla, ABŞ dolları və avro ilə açıla bilər.

Korporativ kartlar aşağıdakı və digər məqsədlər üçün istifadə oluna bilər:

  • Təsərrüfat fəaliyyəti ilə, o cümlədən ezamiyyət və nümayəndəlik xərclərinin ödənilməsi ilə əlaqədar olan;
  • Ezamiyyət və nümayəndəlik xərclərinin ödənilməsi üçün respublika ərazisindən kənarda nağd pul vəsaitlərinin alınması.

Yuxarıda göstərilmiş əməliyyatları müştəri həm manatla, həm də xarici valyutada açılmış hesab üzrə həyata keçirə bilər.




© 1993—2009 «AtaBank» ASC


Yaradıcı :
   Valyuta kursları
  alış satış tarix
  USD 0.8010 0.8050 16/12
  EUR 1.1550 1.1850 16/12
Kontaktlar
Məlumat mərkəzi:

136

Ünvan:

AZ1010, Bakı şəh., Ş.Badalbəyli küç., 102