AtaBank Sizə əməkdaşlarınızın əmək haqlarını VİSA plastik kartları vasitəsilə alınmasını təklif edir. VİSA kartı - əmək haqqının hesablanması və ödənilməsi ilə bağlı problemlərdən qurtulmaq üçün bir fürsətdir. Bu layihə çərçivəsində təşkilatınızın hər əməkdaşının adına VİSA Electron plastik kartı buraxılacaq.
Əmək haqqının verilməsi proseduru maksimal olaraq sadələşdirilərək, eyni zamanda əməkdaşların peşə ixtisasından asılı olaraq ödənişlərin tam məxfiliyi və yüksək fərqlənməsi qorunub saxlanılacaq.
Əmək haqqı layihəsinin həyata keçirilməsi təşkilatınıza aşağıdakı üstünlükləri verəcək:
əmək haqqının verilməsi prosesini avtomatlaşdırmağı;
kassa əməliyyatlarının sayını qısaltmağı;
kassa və mühasibatlıq əməkdaşlarının saxlanılması üzrə xərcləri azaltmağı;
nağd pul vəsaitlərinin hesabdan çıxarılmasına görə Bankın komissiyasını ödəmək zərurətindən azad olmağa;
pul vəsaitlərinin inkasassiyasını və saxlanılması ilə əlaqədar olan xərcləri aradan qaldırmağı;
əməkdaşların əmək haqqının alınması üçün sərf olunan iş vaxtını azaltmağa.
Şirkətin əməkdaşları aşağıdakıları edə bilərlər:
əmək haqqını vaxtında və hesablandığı gün almaq;
bütün dünyanın mağaza və ticarət mərkəzlərində malları və xidmətləri ödəmək;
AtaBankın geniş yayılmış bankomat şəbəkəsində istənilən vaxt vəsaitləri hesabdan çıxartmaq;
Plastik kartın hesabını internetdən idarə etmək və bütün gün ərzində, evdən və ya ofisdən çıxmadan müxtəlif ödənişləri həyata keçirmək.
Sizi və əməkdaşlarınızı müştərilərimiz arasında görməkdən məmnun olacağıq!