Əsas səhifəyə    AtaCard.az    Kontaktlar     




Plastik kartlar

60_4.jpgRahatlıq

  • Kart Sizə günün istənilən vaxtında və yerində kart hesabınıza daxil olmaq imkanını təqdim edir;
  • Beynəlxalq Visa kartları dünyada 20 milyondan çox yerdə ödənişin həyata keçirilməsi üçün qəbul olunur. Bunlar milyonlarla mağaza, restoran, otellər, həmçinin 700 mindən çox bankomatlardır;
  • Kart Sizi nağd pul gəzdirmək problemlərdən azad edəcək. Siz həmçinin xırda kupyuraların çatışmazlığı və ya artıq olması kimi problemi unudacaqsınız.
  • Kartla Sizin üçün yeni imkanlar yaranır – Siz evdən çıxmadan İnternet, telefon vasitəsilə mal və xidmətləri, mehmanxanada nömrə sifariş verə, avtomobili icarəyə götürə bilərsiniz.

Səyyahlar üçün üstünlüklər

  • Beynəlxalq Visa kartları – bütün dünyada fəaliyyət göstərən universal valyutadır.
  • Sizin hansı ölkədə olmağınızdan asılı olmayaraq, alış-veriş məbləği avtomatik olaraq hesabınızın valyutasına konvertasiya ediləcək.
  • Visa ödəmə sistemləri tərəfindən tətbiq olunan konvertasiya kursu bir qayda olaraq valyuta mübadilə məntəqələrində olan kursdan daha əlverişlidir.
  • İstənilən ölkədə gün ərzində işləyən bankomatlarda yerli valyuta ilə nağd pulun alınması imkanı.

Təhlükəsizlik

  • Bank kartı soyğunçular üçün içində pul olan pul kisəsi qədər maraqlı deyil;
  • Özgənin kartından istifadə etmək çətindir – kassir əmin olmalıdır ki, kartda və qəbzdə olan imzalar uyğun gəlir, bankda nağd pulun alınması üçün isə bir qayda olaraq şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək lazımdır.
  • Yalnız Sizə məlum olan şəxsi eyniləşdirmə nömrəsi (PİN kod) kartınızı bankomatlarda icazə verilməmiş istifadədən müdafiə edir.
  • Kart itirildikdə və ya oğurlandıqda Siz sadəcə dərhal banka xəbər verməlisiniz, bu zaman kart bağlanacaq.

AtaBank kartlarının üstünlükləri

  • Vəsaitləri AtaBankın kartında yerləşdirməklə Siz öz vəsaitlərinizi müştərilərə xidmət göstərilməsi sahəsində 15 illik təcrübəyə malik Azərbaycanın ən qabaqcıl banklarından birinə etibar edirsiniz;
  • AtaBankın kartlarından İnternetdə malların və xidmətlərin ödənilməsi üçün istifadə etmək olar;
  • Bu kartlar üzrə Siz Azərbaycanda AtaBankın istənilən bankomatında əlavə komissiyasız hesabdan nağd pul çıxara bilərsiniz;
  • Bankomatların hamısı gün ərzində 24 saat, həftədə yeddi gün işləyir;
  • AtaBankın bankomatlarında (o cümlədən həmçinin xaricdə həmin xidməti təqdim edən digər bankomatlarda) Siz kartınızda olan qalığı öyrənə bilərsiniz;
  • Bizim müştərilərimiz istənilən üç valyuta ilə: manat, ABŞ dolları və avro – kart açmaq imkanına malikdir.

Kartlar haqqında daha ətraflı www.atacard.az saytında öyrənə bilərsiniz.




© 1993—2009 «AtaBank» ASC


Yaradıcı :
   Valyuta kursları
  alış satış tarix
  USD 0.8010 0.8050 16/12
  EUR 1.1550 1.1850 16/12
Kontaktlar
Məlumat mərkəzi:

136

Ünvan:

AZ1010, Bakı şəh., Ş.Badalbəyli küç., 102