Fərdi istifadə üçün seyflər sənədlərin, qiymətli kağızların, pulların, qızıl zinət, kolleksiyaların və s. əşyaların saxlanılması üçün nəzərdə tutulub;
Seyflər üç mərhələli mühafizə olunan saxlama yerində quraşdırılıb. Yerin mühafizəsi bütün gün boyunca həyata keçirilir;
Seyfin iki açarı var. Seyf yalnız hər iki açar olduqda açıla bilər. Açarın biri müştəridə, digəri isə bankın əməkdaşında olur. Seyfə yalnız müştəri daxil ola bilər.
Bank seyfə qoyulan qiymətli əşyaları siyahıya almır.
Seyfin icarəyə götürülməsi üçün yalnız şəxsiyyət vəsiqəsinin olması zəruridir;
Müştəri seyfə yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə daxil ola bilər.