SMS bankinq
Azərbaycanın bank bazarında ilk dəfə təqdim olunan bu xidmət müştərilərə vaxta və banka edilən zənglərə qənaət etməyə imkan verir, həmçinin onlara şəxsi bank hesablarının vəziyyəti haqqında günün 24 saatı və həftədə 7 günü ərzində, hətta ölkə hüdudlarından kənarda da olduqda xəbərdar olmağa imkan verir.
“SMS Bankinq” xidməti nə deməkdir? Bank bazarında ilk dəfə təqdim olunan yeni “SMS Bankinq” xidmətinin vasitəsilə bankın müştəriləri bankın ofislərinə müraciət etmədən öz cari hesabının balansı haqqında, o cümlədən hesaba daxil olan və çıxan vəsaitlər, depozitlər üzrə hesablanmış faizlər, kredit borcunun son vəziyyəti haqqında və digər dəyişiklik barədə avtomatik göndərilən qısa mesaj (SMS) vasitəsilə ala bilərlər.
“SMS Bankinq” vasitəsilə hansı bank hesablarına nəzarət etmək olar?
- Depozit hesabları haqqında və cari hesablarda olan qalıqlar haqqında məlumat;
- Depozitlərə hər ay hesablanmış faizlər haqqında məlumat;
- Kredit və faiz borcu haqqında məlumat;
Servisə qoşulan müştərilər hesablarında aparılan istənilən əməliyyatlar zamanı mobil telefon nömrələrinə avtomatik göndərilmiş SMS vasitəsilə bildiriş alacaqlar o cümlədən, plastik kartlar üzrə ödəmələr və bankomat vasitəsilə hesabdan vəsaitin çıxarılması zamanı.
“SMS Bankinq” xidmətinə necə qoşulmaq olar?
SMS- Bankinq xidmətinə qoşulmaq üçün Sizdən aşağıdakılar tələb olunur:
- AtaBankda hesaba malik olmaq;
- Azercell abonenti olmaq;
- Şəxsiyyəti təsdiq edən sənədlə AtaBankın istənilən filial və şöbələrinə müraciət etmək.
“SMS Bankinq” üzrə komissiya
Fiziki şəxslər üçün tariflər: Aylıq – 3 AZN və ya illik – 20 AZN
Servisin bütün dünyada aktiv işləməsi üçün rouminq sisteminin aktiv olması vacibdir.
|