|
|
Sürətli pul köçürmələri
AtaBank əhaliyə 200-ə yaxın dünya ölkəsinə sürətli pul köçürmələrini həyata keçirməyi təklif edir.
AtaBank vasitəsilə edilən sürətli pul köçürmələrinin əsas üstünlükləri:
- müxtəlif təcili pul köçürmələri sistemləri - "Western Union", "Coinstar", "Contact", "Migom", "PrivatMoney", "BıstrayaPoçta", "Xpress Money"; "Золотая корона" .
- geniş coğrafiya - köçürmələr 200-ə yaxın ölkəni əhatə edir;
- yüksək surət - pul köçürməsi bir neçə dəqiqəyə həyata keçirilir;
- aşağı komissiyalar (komissiyanı yalnız pulu göndərən şəxs ödəyir);
- köçürmənin göndərilməsi və alınması zamanı rəsmiləşdirmənin sadəliyi;
- etibarlılıq - sistemlər məbləğinin yalnız qeyd olunmuş şəxsə ödənilməsini təmin edən möhkəm təhlükəsizlik sistemi ilə müdafiə olunub.
Surətli köçürmə xidmətləri bankın bütün filial və şöbələrində göstərilir.
Göndərilmə və qəbul etmə qaydaları
Vəsaiti göndərmək və qəbul etmək üçün müştəri şəxsiyyət vəsiqəsi ilə banka müraciət etməlidir.
Köçürmə edən zaman müştəri aşağıdakı məlumatı göstərməlidir:
- köçürülən məbləğ;
- vəsaitin qəbul edən şəxsin olduğu ölkə və şəhər;
- vəsaiti qəbul edən şəxsin tam adı;
- vəsaiti göndər şəxsin tam adı;
- vəsaiti göndərən şəxsin nömrəsi;
- vəsaiti göndərən şəxsin ünvanı.
Vəsaiti göndərən köçürmə məbləğini və müvafiq komissiyanı kassaya ödəyir. Bundan sonra müştəriyə köçürmənin kontrol nömrəsi çap edilərək verilir. Bu nömrə vəsaiti alan şəxsə bildirməlidir.
Pul köçürmələrini qəbul etmək üçün vəsaitini qəbul edən şəxs aşağıdakı məlumatı göstərməlidir:
- vəsaitin qəbul edənin tam adı;
- vəsaitin qəbul edənin ünvanı;
- köçürmə məbləğini;
- vəsaiti göndər şəxsin tam adı;
- vəsaiti göndərənin telefon nömrəsi;
- vəsait göndərilən ölkənin və şəhərin adı;
- köçürmənin kontrol nömrəsini.
|
|