Əsas səhifəyə    AtaCard.az    Kontaktlar     




Kreditlər

89771693.jpgAtaBank münasib faizlər və müxtəlif şərtlərlə bir sıra kredit növlərini təqdim edir.

Kredit kartlar haqqında

AtaBank öz müştəriləri üçün plastik kartlara kredit xətləri açır. Bu cür fəaliyyət növü ölkəmizdə son zamanlar inkişaf olunmuşdur. Yaxşı əmək haqları alan insanlar üçün müəyyən məqamlarda maliyyə resursları tez-tez lazım olur. Bununla əlaqədar olaraq, plastik kartlara kredit xətlərinin açılması məqsədilə onlar AtaBanka müraciət edə bilərlər. 

Visa kredit kartları öz istifadəçilərinə asan, rahat və təhlükəsiz bazarlıq etmək, xidmətləri ödəmək və dünyanı gəzməkdə kömək gəstərir. Visa kartlar dünyanın 170 ölkəsində qəbul edilir. Bundan başqa Visa kartlar İnternet şəbəkəsində aktiv istifadə edilir. Kredit kartlar əlavə xidmətlərin geniş spektrindən istifadə edilməsinə imkan yaradır və bütün təhlükəsizlik tələblərinə cavab verir. 

Azərbaycanda kredit kartlar bazarının inkişaf edilməsi bank biznesinin əsas istiqamətlərindən biri sayılır. Azərbaycan Respublikası Prezidenti və Höküməti, eləcədə müvafiq nazriliklərin müvafiq fərmanlarına uyğun olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində plastik kartların qəbul edilməsi və nağdsız əməliyyatların aparılması məqsədilə yüksək sürətlə POS-terminallar quraşdırılır. 2008-ci ilin sonuna qədər Bakı və Respublikanın digər iri şəhərlərinin bütün ticarət obyektlərində POS-terminalların quraşdırılması planlaşdırılır. Beləliklə plastik kartlar bütün ticarət obyetlərdə qəbul ediləcəkdir. Bu günə qədər Bakı şəhərində artıq 2000 ədədə yaxın POS-terminal quraşdırılmışdır və bu rəqəm daimi artmaqdadır. 

Bununla əlaqədar olaraq, kredit kartların rolu ön planına çıxır və dövriyyədə onların sayı daimi artır.

AtaBankda kredit xəttinin alınması zamanı əmək haqqı əsas amil kimi götürülür. Bankdaxili prosedurları nəzərə alaraq, Bank əmək haqqının 3 (üç) misildə kredit xəttini aça bilər. 

Bunun üçün əmək haqqı göstərilməklə müştəri iş yerindən arayışı təqdim etməlidir. 

Bundan başqa müştəri, həmçinin, öz zaminlərin iş yerlərindən arayışları təqdim etməlidir. Beləliklə, AtaBankda kredit xəttinin alınması üçün aşağıdakı sənədlər tələb olunur: 

- müştərinin iş yerindən arayış; 
- müştərinin şəxsiyyət vəsiqəsi; 
- zaminlərin iş yerlərindən arayışlar; 
- zaminlərin şəxsiyyət vəsiqələri. 

Kredit xəttinin alınması üzrə müqavilələr Bankla müştəri arasında və Bankla zaminlər arasında ayrılıqda bağlanılır. 

Kredit kartlar üzrə illik dərəcəsi – 28%. 

Bank, həmçinin, müştəri tərəfindən qouylan depozitdən 50% miqdarında kredit xəttini aça bilər. Qeyd etmək lazımdır ki, AtaBank öz müştəriləri üçün 37 (otuz yeddi) gün ərzində imtiyazlı müddət təqdim edir. İmtiyazlı müddət ərzində kredit xətti üzrə faiz hesablanmır. Daha doğrusu müştəri imtiyazlı müddət ərzində faiz hesablanmamış öz borcunu ödəyə bilər. Bu imtiyazlı müddət Azərbaycanın plastik kartlar bazarında ən yaxşısı kimi tanınır. 

Plastik kartlara kredit xətlərin açılması məqsədilə Siz AtaBankın istənilən filial və ya şöbəsinə müraciət edə bilərsiniz.

Şəxsi ehtiyac və istehlak kreditləri haqqında
Bu kredit fiziki şəxslərin şəxsi ehtiyaclarının təmin olunması üçün verilir və müəyyən bir kommersiya fəaliyyətinin həyata keçirilməsinə yönəlməyib. İstehlak kreditləri mənzillərin, mebelin, avadanlığın alınması, yaşayış evlərinin təmiri, təhsil, müalicə və digər məqsədlər üçün verilir. Kreditlər təminatlı və təminatsız (girovla və ya girovsuz) verilə bilər. Bu kredit üzrə illik faizlər minimum 22%, maksimum 36% cuvarında hesablanır. Kreditin maksimal müddəti 24 ay təşkil edir.   

Avtomobil kreditləri haqqında
Avtomobil kreditləri fiziki şəxslərə avtomobillərin alınması üçün verilir. Sabit gəlirin olması avtomobil kreditinin verilməsinin əsas şərtidir. Alınan avtomobil kredit müddətinə sığortalanır və girov kimi Dövlət Yol Polisində qeydiyyata alınır. Həmin kredit üzrə illik faizlər minimum 22%, maksimum 30% təşkil edir. Kreditin maksimal müddəti 36 aydır.
Avtomobil kreditlərinin verilməsinin ümumi şərtləri:

  • Kreditin valyutası – ABŞ dolları, avro və ya manat;
  • Kreditin müddəti – 1 ildən 3 ilə qədər;
  • Minimal ilkin ödəniş – 35%;
  • Kredit müddətinə avtomobilin sığortası;
  • Krediti cəriməsiz əvvəlcədən bağlamaq imkanı.

Kredit hər ay bərabər hissələrlə qaytarılır.

İpoteka kreditləri haqqında
Azərbaycan Respublikası Milli Bankı yanında Azərbaycan İpoteka Fondunun üzvü olaraq AtaBank ipoteka kreditlərini fondun vəsaitləri hesabına verir. İpoteka kreditləri yalnız mənzillərin və yaşayış evlərinin əldə olunması üçün verilir. Bu kredit növü üzrə daha ətraflı məlumatı www.amf.az saytından almaq olar.




© 1993—2009 «AtaBank» ASC


Yaradıcı :
   Valyuta kursları
  alış satış tarix
  USD 0.8010 0.8050 16/12
  EUR 1.1550 1.1850 16/12
Kontaktlar
Məlumat mərkəzi:

136

Ünvan:

AZ1010, Bakı şəh., Ş.Badalbəyli küç., 102