Cari hesab müştəriyə aşağıdakı əməliyyatları həyata keçirməyə imkan verir:
nağd pul vəsaitlərinin hesaba mədaxil edilməsi və hesabdan çıxarılması;
istənilən məqsədlər, o cümlədən malların, xidmətlərin, həmçinin mobil rabitə xidmətlərinin, hesabların, kommunal haqların və s. ödənişlər üçün pul vəsaitlərinin köçürülməsi;
köçürmələrin alınması;
istənilən valyutada konvertasiya əməliyyatlarının keçirilməsi;
əmanətlər üzrə faizlərin alınması;
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi.
“Cari hesablar” üzrə əməliyyatların aparılması şərtləri
Cari hesab üzrə aparılan əməliyyatlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hesabda olan qalıqlar çərçivəsində həyata keçirilir;
Müştərinin hesabında olan pul vəsaitlərinin qalığına faiz hesablanmır;
Göstərilmiş xidmətlərə görə komissiya, Bankın İdarə Heyətinin təsdiq etdiyi Tariflərə müvafiq olaraq, əməliyyatın keçirildiyi gün akseptsiz qaydada hesabdan silinmə yolu ilə tutulur.
Müştəri, ona Müqavilə əsasında Bank tərəfindən təqdim olunmuş səlahiyyətləri çərçivəsində (tam və ya qismən) istənilən hərəkətləri etmək hüququnu Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən rəsmiləşdirilmiş etibarnamə əsasında öz Nümayəndəsinə təqdim edə bilər.