Əsas səhifəyə    AtaCard.az    Kontaktlar     




Xəbərlər

“ATABANK” ASC FİLİAL ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR

[14.07.2010]

Bu günlərdə "AtaBank" ASC-nin yeni "Yeni Həyat" filialı fəaliyyətə başlamışdır. Bankın digər filial və şöbələri kimi, "Yeni Həyat" filialı da fiziki və korporativ müştərilərə geniş çeşidli bank xidmətləri, o cümlədən kassa hesablaşma xidməti, əmanətlərin qəbulu, kreditlərin verilməsi, plastik kartların rəsmiləşdirilməsi, sürətli pul köçürmələri, kommunal ödənişlərin qəbulu və sair bank xidmətləri göstərəcəkdir.
Qeyd edək ki, yeni filial Bakı şəhəri, Zərifə Əliyeva pr. 55 ünvanında yerləşir (Yeni Həyat biznes mərkəzinin 1-ci mərtəbəsində).
Bu filial bankın sayca 23-ci xidmət bölməsidir. Bankın filial və şöbələrin 10-u respublikamızın iri şəhər və rayonlarında yerləşir.
Bankın strateji planına uyğun olaraq cari il ərzində daha 1 yeni filialın açılması planlaşdırılır.




© 1993—2009 «AtaBank» ASC


Yaradıcı :
   Valyuta kursları
  alış satış tarix
  USD 0.8010 0.8050 16/12
  EUR 1.1550 1.1850 16/12
Kontaktlar
Məlumat mərkəzi:

136

Ünvan:

AZ1010, Bakı şəh., Ş.Badalbəyli küç., 102